Dekabrda Türkmənistanda beynəlxalq neft-qaz konfransı keçiriləcək

Dekabrda Türkmənistanda beynəlxalq neft-qaz konfransı keçiriləcək
17:07 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu il dekabrın 7-8-də Aşqabadda XXI Türkmənistan Beynəlxalq Neft və Qaz Konfransı keçiriləcək.
“Report” xəbər verir ki, konfransda Türkmənistanın hökumət rəsmiləri və şirkət rəhbərləri ilə yanaşı xarici nümayəndələr də iştirak edəcəklər.
Konfransa Türkmənistan hökumətindən Nazirlər Kabinetinin neft və qaz üzrə sədr müavini Yaxşigəldi Kakayev, "Turkmenoil" Milli Neft Şirkətinin sədri Tacdurdı Beqjanov, "Turkmengas" Milli Qaz Şirkətinin sədri Aşirqulı Beqliyev, “Galkynysh” boru kəməri şirkətinin baş icraçı direktoru Mühəmmədmurad Amanov, "Turkmengeology" Milli Geologiya Şirkətinin sədri Atadurdı Berdiniyazov və digər şəxslər qatılacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/dekabrda-turkmenistanda-beynelxalq-neft-qaz-konfransi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR