Selfi çəkərkən DİQQƏTLİ OLUN - Son fotonuz ola bilər...

Selfi çəkərkən DİQQƏTLİ OLUN - Son fotonuz ola bilər...
17:22 28 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında 18 yaşlıElida Musazadə selfi çəkən zaman 7-ci mərtəbədən yıxılaraq ölüb. Bədbəxt hadisə Astara şəhərində baş verib və gənc qız bacısının evinə qonaq getmişdi.

Dünyada selfi çəkən zaman ehtiyatsızlıqdan baş verən müxtlif bədbəxt hadisələrlə bağlı qafqazinfo-da dəfələrlə məlumat verilib. Məsələn, silahlara böyük marağı olan Oskar Aguiların silahla selfi çəkdirmək istəməsi onun həyatı bahasına başa gəlib. Belə ki, şəkil çəkdirən zaman səhvən özünü vuran gənc yerindəcə həyatını itirib.

Digər bir selfi həvəsinin qurbanı isə portuqaliyalı cütlük olub. Uçurum kənarında şəkil çəkmək istəyən cütlüyün ikisi də sıldırım qayalıqdan düşüb.

Daha çox sükan arxasında olan zaman selfi çəkdirmək arzusu bədbəxt hadisə ilə nəticələnir. İranda avtomobildə mahnı oxuyan qızlar selfi çəkdirən zaman qəza baş verib və hər ikisi həyatını itirib. Buna bənzər hadisə ölkəmizdə Nigar Camalın başına gəlmişdi. Xoşbəxtlikdən gənc müğənni və avtomobildə olan qızlar qəzadan yüngül xəsarətlərlə qurtulmuşdu.

Dediyimiz kimi, dünyada selfi qurbanları çox olsa da, ölkəmizdə bu hal ilk dəfədir ki, yaşanır. Bu kimi bədbəxt hadisələrin qarşısını almaq üçün yüksəkmərtəbəli binaların damına çıxanlara nəzarət olunur. Hətta tikinti üzrə ekspert binaların damında bu kimi hər hansı bir hadisə baş verərsə, buna görə Mənzil Komunal İstismar sahələrinin məsuliyyətə cəlb edilə biləcəklərini vurğulayıb.

Selfi çəkən insan ancaq özünü düşündüyü üçün, hər hansı bir bədbəxt hadisənin yaşanması qaçılmaz olur. Amerikalı psixatorlar tez-tez selfi çəkdirən insanlarda psixi pozğunluq olduğunu bildiriblər.

Onlar deyirlər ki, bu, bir xəstəlikdir. Sefitist adlı psixi pozuntu yaşayan insanlar daim öz şəklini çəkib internetə yerləşdirir və özünə inamsızlıq qüsurunu aradan qaldırmağa çalışır.

Belə xəstələr 3 cür olur:

Məhdud selfitist - gün ərzində ən azı 3 dəfə özü öz şəklini çəkir, lakin sosial şəbəkədə yerləşdirmir.

Kəskin selfitist - gün ərzində azı 3 dəfə özü öz şəklini çəkir və hər bir şəklini sosial şəbəkədə yerləşdirir.

Xroniki selfitist isə günün 24 saatı şəklini çəkir və gün ərzində də sosial şəbəkəyə 6-dan çox selfi yerləşdirir.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, psixoloq Elnur Rüstəmov məsələni şərh edən zaman bir müddət sonra bu kimi halların adiləşəcəyini bidirib:

"Artıq insanlar istirahətə gedəndə əylənməkdən daha çox şəkil çəkdirməyə üstünlük verirlər. Bütün bunlar da insanlarda psixoloji gərginlik, narahatlıq yaradır. Hələ bundan başqa şəkillər paylaşılan zaman yazılan şərhlər də insanın psixoloji vəziyyətinə təsir edə bilər. Bir müddət sonra bütün bu kimi hallar adiləşəcək və insanlar yenidən istirahət etməyə, əylənməyə üstünlük verəcək. Dünənki xoşagəlməz hadisə də insanları bir daha ehtiyatlı olmağa, həyatlarını təhlükəyə atmamağa çağırır. Mən inanıram ki, insanlarımız bu hadisədən doğru bir nəticə çıxaracaqlar".

Psixoloq onu da qeyd edib ki, son zamanlar müraciət edən xəstələr arasında asosiallıqdan əziyyət çəkənlər çoxalmağa başlayıb. Bunun da əsas səbəbi social şəbəkələrə olan bağlılıdır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR