"İlk dəfə idi..." - Hüsniyyə Mürvətova

"İlk dəfə idi..." - Hüsniyyə Mürvətova
17:27 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrında "Sarı gəlin" layihəsinin təqdimatı keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru əməkdar artisti Nicat Kazımovdur. Tamaşada "Sarı gəlin" obrazını aktrisa Günel Məmmədova canlandırıb. 

Onun səsləndirilməsini isə əməkdar artist Hüsniyyə Mürvətova edib. Aktrisa açıqlamasında bildirib ki, bu onun üçün bir yenilik idi:

"Filmlərdə hər kəs kimi səsimi eşitməyə alışmışam. İlk dəfə idi səhnədən başqa birinin canlandırdığı obrazda səsimi eşidirdim. Çox maraqlı gəldi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/484170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR