"Morqda qalan ölü üçün 24 saata 50 manat ödənməlidir"

"Morqda qalan ölü üçün 24 saata 50 manat ödənməlidir"
18:37 28 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün bir sıra elektron portallarda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində saxlanılan ölülərin ödənişli saxlanması ilə bağlı məlumat yayılıb. 

Milli.Az bildirir ki, birliyin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev açıqlama verərək bu barədə danışıb.

Məsələ ilə bağlı bizimyol.info saytına açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev faktı təsdiq edərək vəfat edən xarici vətəndaşların eyni zamanda morqda saxlanılan ölkə vətəndaşlarından 50 manat pul alındığını bildirib.

"Əgər vəfat edən öz vətəndaşımızdısa, bu morqda çox saxlanılırsa, ölünün yiyəsindən pul alınır. Eyni zamanda küçədən tapılan və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən xarici vətəndaşlar üçün  də 24 saatına 50 manat pul alınır. Amma vəfat edən şəxs xarici vətəndaş olduqda və bu barədə həmin ölkənin səfirliyi müraciət etdikdə çalışırıq ödəniş almayaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR