"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edildi

"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edildi
18:52 28 Oktyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlaham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanını "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 sentyabr tarixli 1027 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.12.7-ci yarımbənd ləğv edilsin.

2. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə Əlavə"nin 1-ci bəndindən "Mədəniyyət və Turizm Nazirliyinin," sözləri çıxarılsın".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR