İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə düşüb

İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə düşüb
19:07 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə enib. 
"Report"un "Lenta" saytına istinadən verdiyi xəbərə görə, buna səbəb İsveç Mərkəzi Bankının oktyabrın 27-də keçirdiyi növbəti iclasında mənfi 0,5% olan uçot dərəcələrini dəyişdirməməsi olub. Mərkəzi Bank daha 6 ay uçot dərəcələrini -0,5% səviyyəsində saxlamağa qərar verib.
Qərardan sonra dolların məzənnəsi 9,0433 krona yüksələrək oktyabrın 26-dakı məzənnə ilə müqayisədə 1,47% artıb. Son dəfə dolların məzənnəsi 2009-cu ilin martında 9 krondan baha olub. Avronun məzənnəsi isə dünən 9,8706 krona yüksəlib. Cari məzənnə bundan əvvəl 2010-cu ilin may ayında bugünkü səviyyədə olub.
Mənfi uçot dərəcələrinin 2009-cu ildə tətbiq edilməsi İsveç iqtisadiyyatına son 7 ildə müsbət təsir göstərib, işsizliyi azaldıb, ÜDM-i artırıb, amma inflyasiyanı hədəf 2% səviyyəsinə çatdırmağa yetməyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/i-sves-kronunun-mezennesi-son-7-ilin-minimum-seviyyesine-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR