"Qəbələ"nin rəqibi: "Qələbə qazanıb, özümüzə gəlməliyik"

"Qəbələ"nin rəqibi: "Qələbə qazanıb, özümüzə gəlməliyik"
19:27 28 Oktyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Bizim məqsədimiz iştirak etdiyimiz hər 3 turnirdə yaxşı çıxış etmək idi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Maynts" klubunun baş məşqçisi Martin Şmidt deyib.

Bundesliqanın VIII turunda "Şalke"yə 0:3 hesabı ilə uduzan "Maynts" Almaniya kuboku ilə erkən vidalaşıb. 1/16 final mərhələsi çərçivəsində "Qreyter Fürt"lə qarşılaşan Şmidtin yetirmələri məğlubiyyətlə üzləşiblər - 1:2. Nəticədə "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi ölkə kubokundakı çıxışını dayandırıb.
 
Almaniya mətbuatına açıqlama verən Şmidt komandasının son oyunlardakı uğursuz çıxışını dəyərləndirib. O bildirib ki, tezliklə "qara zolaq"dan çıxmaq lazımdı: "Kubokda mübarizəni dayandırdıq. Halbuki rəqib öz qapısı qarşısında ölü vəziyyətində qalmışdı. Elə təəssürat yarandı ki, "Maynts" fiziki və psixoloji baxımdan eyni anda 3 turnirdə - Bundesliqa, Avroliqa və Almaniya Kubokunda mübarizə aparmaq gücündə deyil. Sakitləşməliyik, əsəbi durumdan çıxmaq lazımdı. Əks təqdirdə, digər turnirlərdə də işlərimiz yaxşı getməyə bilər. Bizim Bundesliqa və Avroliqada vacib oyunlarımız var. Odu ki, uğursuz çıxışa dərhal son qoymaq lazımdı. Bu həftə "İnqolştadt"la qarşılaşacağıq. Təkcə mən yox, komanda da əsəbidi. Odu ki, bu görüşdə mütləq qələbə qazanıb, özümüzə gəlməliyik".
 
Qeyd edək ki, "Maynts" "Qəbələ" ilə Bakıda keçirdiyi ilk görüşdə 3:2 hesablı qələbə qazanıb. Bu komandaların Almaniyadakı qarşılaşması isə dekabrın 8-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR