II Dünya Müharibəsi və seks kölələri FOTOLAR

II Dünya Müharibəsi və seks kölələri FOTOLAR
19:28 28 Oktyabr 2016
1980 Maraqlı
Ölkə mətbuatı
A- A+

II Dünya Müharibəsi və seks kölələri

Yapon ordusu, müharibə zamanı əsgərlərinin cinsi ehtiyaclarını ödəmək üçün koreyalı qadınları seks köləsi kimi istifadə edirdi. 200 000-dən çox qadınlardan ibarət birliyə rahatlıq qadınları mənasını verən “Comfort Women” adı verildi. Milyonlarla əsgər, yüz minlərlə qadına cinsi aclığını aradan qaldırmaq adı ilə illərlə təcavüz etdi. "Comfort Women" anlayışını faciəvi hala gətirən isə, bu qadınların çox böyük bir qisminin işğal edilən torpaqlardakı xalqın içindən silah gücü ilə qaçırılıb təcavüzə uğrayanlardan ibarət olması idi.

O dövrdə yaşayan və seks köləsi olaraq yaponlar tərəfindən qaçırılan bir qadın, yaşadıqlarını belə dilə gətirir:

''Tanımadığım bir qadın, əsgərlər tərəfindən bir otağa aparılırdı, lakin qadın şiddətlə qarşı çıxdı. Daha sonra qadını hər kəsin qarşısında döyməyə başladılar və zorla otağa apardılar. Bir neçə dəqiqə sonra qadının başını qılıncla bədənindən ayırdılar və bədənini parçalara ayırıb, önümüzə atdılar. ''

Əsgərlərə xidmət edilməsi üçün yaradılan evlərin həddindən artıq pis şəraitləri və cinsi yollarla keçən xəstəliklər səbəbiylə bir çox qadın xəstələnmişdir. Xəstələnən qadınlar əsgərlər tərəfindən öldürülür, ya da ölüm həddinə çatdırılırdı.

Cənubi Koreya üzərindəki Yaponiya hökmranlığı 1945-ci ildə sona çatdı lakin o ilə qədər yaşananların təsiri illərlə davam etdi. 1945-ci ilə qədər yaşanan bu hadisə illərlə Yaponiya və Cənubi Koreya arasında problem yaratdı. Cənubi Koreya həm üzr, həm də bu vəziyyətin qurbanlarına təzminat ödəməsini istəsə də, 2015-ci ilə sonuna qədər Yaponiya bu yaşananlardan ötəri nə üzr istəməyi, nə də zərər çəkmişlərə pul ödəməyi qəbul etdi.

Yapon siyasətçi Haşimoto mövzu haqqında: "Güllələrin yağış və külək kimi uçduğu şərtlərdə döyüşən və həyatını ortaya qoyan əsgərlərin istirahət və rahatlanmağa ehtiyacı vardı. Bu səbəblə kölə qadınlar sistemi bir ehtiyac halına çevrilmişdi. Bu vəziyyəti hər kəs anlaya bilər" fikirlərini söyləmişdir.

Buna baxmayaraq, əksəriyyətini koreyalı qadınlardan ibarət zərər çəkmişlər, səslərini daha çox eşitdirməyə başladı. İctimaiyyət təzyiqlər, edilən tədbirlər nəticəsində 2015-ci ilin sonlarında Yaponiya həm yaşananlardan ötəri üzr istədi, həm də zərər çəkmişlərə və ailələrinə təxminən 8 milyon dollar təzminat ödəməyi qəbul etdi.

Lakin, nə üzrlər nə də ödənilən pullar, o, zərər çəkmiş qadınların yaşadığı psixoloji zədəni yox edəcək qədər güclü deyildi. O dövrdə seks köləsi olaraq istifadə edilən və hələ də həyatda olan bir çox qadın, bu psixoloji vəziyyətin yaratdığı böhranla yaşamağa çalışır

Dilrubə Vaqifzadə










Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR