"Barselona"nın futbolçusu Neymarın atası oğlunun PSJ-dən gələn sərfəli təklif rədd edərək Kataloniya klubu ilə yeni müqavilə imzalamasından danışıb.
Milli.Az qol.az-a istinadən bildirir ki, o, İspaniya mətbuatına açıqlamasında oğlunun Messiyə görə "Barselona"da qaldığını deyib:
"Messi Neymarın idealıdır. Əsas buna görə oğlum "Barselona"da qaldı. O, Messi ilə oynamaqdan zövq alır".
Qeyd edək ki, 2013-cü ildə "Santos"da transfer olunan braziliyalı hücumçu "Barsa"da 2 dəfə La Liqa çempionluğunu, 2 dəfə Kral kubokunu və 1 dəfə Çempionlar Liqasını qazanıb.
Milli.Az