Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli
fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmana əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilir:
- 4.12.7-ci yarımbənd ("mədəni-maarif idarələrinin işini təşkil
etmək") ləğv edilir.
- “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 1-ci
bəndindən “Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri
çıxarılır.
Qeyd edək ki, Əlavənin 1-ci bəndində deyilirdi:
"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Mədəniyyət
və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin yerli
bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları
ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin
və vəzifədən azad edir".