14 gündür su evində fontan verir: "Qonşularla dava olur" - VİDEO - FOTO

14 gündür su evində fontan verir: "Qonşularla dava olur" - VİDEO - FOTO
20:12 28 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Mübaliğəsiz deyə bilərik ki, insanlığa xoşbəxtlik gətirən su az qalsın bir ailənin faciəsinə səbəb olsun.

Çünki Cumakənddə bir evin zirzəmisindən artıq 14 gündür ki, su fontan verir. ARB Şəki xəbər verir ki, ev sahibləri çıxılmaz vəziyyətdə qalıblar. Suyu çəkib çölə çıxartmağa macal tapmamış, yenidən hər tərəfi su basır. Problem bununla da bitmir. Əlacsız qalan ev sahibləri çarəni suyu küçəyə axıtmaqda tapıb.

Ancaq bu da başqa problemlərə yol açıb. Gündə 10 tondan çox suyu küçəyə axıtdıqları üçün qonşularla da problemləri yaranıb. Çarəni harada tapmağın yollarını axtaran naəlac insanlar əvvəlcə kəndi icra nümayəndəliyinə, sonra kənd bələdiyyəsinə müraciət edib. Onlardan da eyni cavabı alıblar: suyu küçəyə axıdın. Mütəxəssislərsə bunu yağıntıların son zamanlar həddən artıq olması ilə əlaqələndirir.

Ağabalayevlər ailəsinə belə görünür, evləri başına çökməmiş bir çarə tapmaq qalır. Digər tərəfdən, aidiyyəti qurumlar məsələyə əl atmayınca, yağıntılar da kəsməyincə problem daha böyük vüsət alacaq.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR