Türkiyədə vətəndaş müharibəsi, “sui-qəsd ordusu”, Qarabağda... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyədə vətəndaş müharibəsi, “sui-qəsd ordusu”, Qarabağda... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 28 Oktyabr 2016
343 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin qeyri-rəsmi sözçüsü hesab edilən Sergey Markov hesab edir ki, Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səslənən bütün bəyanatlar Ermənistanı qərar verməyə məcbur edir. Bu gün Suriyada vəziyyəti kəskin dəyişdirə biləcək əməliyyat başlanıb. Rusiya Hələb üzrə yeni strategiyasını açıqlayıb. İraq kürdləri müstəqillik üçün 3 ay sonra hərəkətə keçəcək. ABŞ-da demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.

Üç böyük gücün Ermənistandan Qarabağ tələbi – Putinin adamı açıqladı

“Apreldə “dördgünlük müharibə”dən sonra bağlı qapılar arxasında münaqişənin həlli ilə bağlı aktiv danışıqlar başlandı. Danışıqlar masasında “Kazan düsturu” adlanan həll variantı var idi. Lakin Ermənistanın daxilindəki siyasi vəziyyət bu razılıqların reallaşmasına mane oldu”.

Bu barədə Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markov “moscow-baku” portalına açıqlamasında deyib.

S.Markovun sözlərinə görə, bu gün həm Azərbaycan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səslənən bütün bəyanatlar Ermənistanı qərar verməyə məcbur edir.

Üç böyük gücün Ermənistandan Qarabağ tələbi – Putinin adamı açıqladı

“Apreldə “dördgünlük müharibə”dən sonra bağlı qapılar arxasında münaqişənin həlli ilə bağlı aktiv danışıqlar başlandı. Danışıqlar masasında “Kazan düsturu” adlanan həll variantı var idi. Lakin Ermənistanın daxilindəki siyasi vəziyyət bu razılıqların reallaşmasına mane oldu”.

Erməni politoloq Aleksandr Kananyan hesab edir ki, Qarabağ cəbhəsində üçüncü müharibə qaçılmaz olacaq.

O, bu müharibənin Ermənistan üçün dəhşətli nəticələrə səbəb olacağını vurğulayıb: “Biz dərk etməliyik ki, Qarabağda yeni müharibə mütləq olacaq, bundan qaçmaq mümkün deyil. Biz Əliyevin nə düşündüyünü, hansı manevrlər qurduğunu anlaya bilmirik, bunu analiz etmək də çətindir. Əgər Əliyev hərəkətə keçəcəksə, əmin olun ki, müharibədə onu uğur gözləyir. Biz düşünməməliyik ki, müharibə nə vaxt başlayacaq, biz bunun qaçılmaz olduğunu dərk etməliyik”.

A.Kananyan qeyd edib ki, Ermənistanın daxilindəki problemlər Azərbaycanın əlini gücləndirir.

Çoxdan gözlənilən hücum başlandı – Əsədin taleyini həll edəcək

Bu gün Suriyada vəziyyət kəskin dəyişib. Suriya müxalifəti Hələb şəhərinin mərkəzindəki mühasirəni yarmaq üçün hökumət qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayıb.

Müxalif qruplar şəhər mərkəzindəki rejim mövqelərini ağır silahlarla vurmağa başlayıb. Məlumata görə, müxalifət gücləri hökumət qoşunlarının nəzarət etdiyi Hələbin qərb rayonlarına yüzlərlə raket atıb. Qeyd edilir ki, hücumda bütün müxalifət qruplaşmaları iştirak edir.

Çoxdan gözlənilən hücum belə başladı – Əsədin taleyini həll edəcək - VİDEO

Suriya müxalifəti Hələb şəhərinin mərkəzindəki mühasirəni yarmaq üçün hökumət qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayıb.

Türkiyənin “Haber7” saytının yazarı Mehmet Acet Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana maraqlı bir təklif etdiyini yazıb.

Onun sözlərinə görə, Rusiya Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” şəklində təklif edib. Yazar Ərdoğanın Vladimir Putinlə görüşündə əsas mövzulardan birinin Hələb olduğunu bildirib: “Müzakirələrdə Rusiya tərəfi Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” anlamına gələcək bir təklif verib. Ancaq Ankara bu təklifi qəbul etməyib”.

Putin Ərdoğana Suriyanı bölməyi təklif etdi – ŞOK İDDİA

Rusiya Ankaraya “Əl-Bab şəhərini siz alın, Hələbi bizə verin” şəklində təklif edib”.

Rusiya, İran və Suriya xarici işlər nazirləri Suriya münaqişəsinin həlli üzrə Moskvada görüş keçiriblər.

Lavrov Suriyada sülh danışıqlarından başqa alternativin olmadığını deyib. O, həmçinin Rusiyanın Hələb üzrə yeni strategiyasını açıqlayıb. Rusiya xarici siyasət idarəsinin başçısı Hələbdə “Əl-Nüsra” Cəbhəsindən ayrılmağı qəbul etməyən bütün müxalif qrupların vurulacağını vurğulayıb.

Sergey Lavrov həmçinin isə terrorçularla Qərbi eyniləşdirib. “Suriyalıların indiki vəziyyətinə görə, məsuliyyəti təkcə terrorçular yox, həm də Suriyaya sanksiyalar tətbiq edən ölkələr daşıyırlar”, - Lavrov söyləyib. Onun sözlərinə görə, bu ölkələrin sanksiyaları ilk növbədə sadə insanlara əziyyət verir.

İranın xarici işlər maziri Cavad Zərif İran-Rusiya əməkdaşlığına diqqət çəkib. O, iki ölkə arasındakı əməkdaşlığın Yaxın Şərqə sülh gətirəcəyini bildirib. Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim isə Hələbdə döyüşləri davam etdirəcəklərini və şəhəri alacaqlarını vurğulayıb.

Kainatı idarə edən “sui-qəsd ordusu”: Yalnız Obamadan əmr alır

ABŞ-ın gizli “sui-qəsd ordusu” kimi tanınan JSOC xüsusi təyinatlı dəstəsi Mosul əməliyyatında aktiv rol almağa başlayıb.Bu haqda ABŞ-ın müdafiə naziri Eşton Karter İŞİD əleyhinə yaratdığı koalisiyanın 13 üzvü ilə keçirdiyi iclasdan sonra deyib.

“Sui-qəsd ordusu”nun Rakka əməliyyatında da mühüm rol oynayacağı bildirilir. 2011-ci il sentyabrın 11-də ABŞ-da həyata keçirilən hücumlarından sonra sui-qəsd, edam, gizli işgəncə və adam qaçırma kimi əməliyyatlar həyata keçirən JSOC uzun müddətdir İraq və Suriyada bəzi yerli güclərə hərbi təlim keçir.

11 sentyabr terror aktından sonra təlimatları birbaşa Ağ Evdən alan JSOC sui-qəsd, edam, gizli işgəncə və adam qaçırma kimi əməliyyatlarda ABŞ Mərkəzi Kəşfiyat Agentliyini (CİA) geridə buraxıb. Son 10 ildə şəxsi heyətini 25 minə çatdıran JSOC minlərlə insanı edam edib.

Kainatı idarə edən “sui-qəsd ordusu”: Yalnız Obamadan əmr alır

ABŞ-ın gizli “sui-qəsd ordusu” kimi tanınan JSOC xüsusi təyinatlı dəstəsi Mosul əməliyyatında aktiv rol almağa başlayıb.

İraqda İranın dəstəklədiyi şiə milislər təxminən 100 min türkmanın yaşadığı Telafer şəhərinə hücuma hazırlaşır. “Haşdi Şabi”nin sözçüsü Əhməd əl-Əsədi Telafer istiqamətində irəliləmək üçün hazırlıqları başa çatdırdığını söyləyib.

“Əməliyyat yaxın günlər və yaxın saatlarda başlayacaq”, - əl-Əsədi İraq dövlət televiziyasına açıqlamasında deyib.

“Haşdi Şabi” iraqlı şiə dini lideri Əli Sistaninin 2014-cü il iyunun 13-dəki çağırışından sonra İraq hökuməti tərəfindən qurulub. Türkiyə və sünni qruplar “Haşdi Şabi”nin Telafer əməliyyatına qarşı çıxır. Türkiyə dəfələrlə xəbərdarlıq edib ki, şiə gücləri Mosula və sünni ilə türkman güclərinin üstünlük təşkil etdiyi digər yaşayış məntəqələrinə girəcəyi halda, bölgədə yüzillik məzhəb döyüşləri başlaya bilər.

Yaxın Şərqdə 3 aydan sonra yeni dövlət yaranacaq

İraq kürd regional rəhbərliyinin baş naziri Neçirvan Bərzani Almaniyanın “Bild” qəzetinə müsahibəsində Mosulun ən geci üç ay içində İŞİD-dən azad ediləcəyini bildirib.

“İŞİD-in yüzlərlə kamikadzeyə sahib olduğunu görürük. Partlayıcı maddələrin hazırlandığı fabrikləri olmalıdır. İndiki mərhələ əməliyyat üçün ən təhlükəli mərhələdir. Ancaq əməliyyat bu şəkildə getdiyi təqdirdə belə ən geci üç ay ərzində şəhərin azad olunacağını təxmin edirik”, - o, söyləyib.

O, Mosulun azad edilməsindən sonra müstəqillik üçün hərəkətə keçəcəklərini deyib: “Bunun üçün uzun müddət gözlədik. 2003-cü ildən sonra demokratik bir İraq üçün yeni bir başlanğıcın ola biləcəyini düşünmüşdük. Ancaq bu, baş vermədi”.

Türkiyədə isə gözlənilən referendum öncəsi daxili siyasi vəziyyət gərginləşir. Türkiyənin Cümhuriyyət Xalq Partiyasınının (CHP) sədri Kamal Kılıcdaroğlu “Habertürk” telekanalının efirində ölkə hakimiyyətini vətəndaş müharibəsi ilə təhdid edib.

O, ölkədə prezident üsul-idarəçiliyinin olacağı halda Türkiyə bölünəcəyini deyib. “Türkiyəni atəşə atmaq, bölünmə nöqtəsinə gətirmək istəyirlərsə “bəli” səsini verə bilərlər. Türkiyə bölünə bilər. Siyasi quruluş tamamilə dəyişəcək. Biz Türkiyənin birliyi və bütövlüyünü düşünürük. Bizim hakimiyyətlə problemimiz yoxdur. Xalq bu ölkənin birliyini, bütövlüyünü, gələcəyini düşünməzmi? Türkiyənin gələcəyini əhəmiyyət verən hər kəs oturub düşünməlidir. Xalq vətəndaş müharibəsinin, yoxsa sülhün tərəfdarıdır?” – partiya sədri söyləyib.

Qeyd edək ki, Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağlı yeni Konstitusiyası üzrə referendum 2017-ci ilin aprelində keçirilə bilər. Bunu ötən həftə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıçı deyib.

70 illik razılıq pozuldu: “Dəniz pişikləri” Rusiyanın işğalına hazırlaşır

Ukrayna və Suriya münaqişələrinə görə pozulan Rusiya-ABŞ münasibətləri hərbi gərginlik müstəvisinə keçir.

ABŞ Rusiyanın şimal sərhədində möhkəmlənmək üçün hərəkətə keçib. “International Business Times” saytı yazır ki, Amerika 2017-ci ildə Norveç ərazisində 300 dəniz piyadasını (dəniz pişikləri) yerləşdirməyi planlaşdırır: “Dəniz piyadaları Rusiya sərhədindən 120 kilometr məsafədə olan “Vernes” hərbi bazasında yerləşəcək”.

“Röyters” agentliyinin məlumatına görə, Norveç ərazisində xarici hərbçilər sonuncu dəfə II Dünya Müharibəsi vaxtı yerləşiblər.

70 illik razılıq pozuldu: “Dəniz pişikləri” Rusiyanın işğalına hazırlaşır

Ukrayna və Suriya münaqişələrinə görə pozulan Rusiya-ABŞ münasibətləri hərbi gərginlik müstəvisinə keçir.

Son günlər dünya KİV-in gündəmində olan əsas mövzulardan biri də ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində qeydə alına biləcək qanun pozuntularıdır. İddiaya görə, demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.

ABŞ-ın yerli qəzetlərindən olan “Christian Times Newspaper” seçkidən əvvəl hazırlanmış bülletenlərin üzərində Hillari Klintonun adının işarələndiyini yazıb. Qəzet bildirir ki, Ohaya ştatında yerli elektrik işçilərindən biri Hillari Klintonun adının yazıldığı bir neçə min bülleten tapıb.

O biri dünyadan verilən səslər Ağ evin sahibini “seçəcək” - FOTOLAR

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək üçün saxta bülletenlər hazırlanıb.

Klintonun rəqibi - Respublikaçılar Partiyasından ABŞ prezidentiliyinə namizəd Donald Tramp hesab edir ki, prezident seçkilərini ləğv etmək və onu birbaşa prezident təyin etmək lazımdır. “Hazırda aparılan seçki kampaniyası bütünlükdə mənə qarşıdır. Bu saxta seçkiləri dayandırmaq və məni prezident təyin etmək lazımdır”, - o, deyib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Meksikada növbəti güclü zəlzələ baş verdi

23 Sentyabr 2017 18:45

Çaylarda su artır

23 Sentyabr 2017 18:43

Dağıstandakı zəlzələ oldu: Şəkidə hiss edildi

23 Sentyabr 2017 18:29

Artur Rasizadəyə ağır itki

23 Sentyabr 2017 18:28

"Siyasi mühacir bileti satan Əli Kərimli korrupsiyadan danışır" - Siyavuş Novruzov

23 Sentyabr 2017 18:24

YAP icra katibinin müavini: "Milli Şuranın mitinqinin heç bir əhəmiyyəti yoxdur"

23 Sentyabr 2017 18:22

Azərbaycan Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 18:18

Kişilər seksdə nədən qorxur? - İNANILMAZ

23 Sentyabr 2017 18:13

"Mister Bin"in qızı o görüntülərini paylaşdı

23 Sentyabr 2017 18:05

13 oğlan birləşib 12 yaşlı qızı ZORLADI - QANDONDURAN HADİSƏ

23 Sentyabr 2017 18:03

DGK-da şəxsi heyətlə işin gücləndirilməsinə həsr olunmuş iclas keçirilib

23 Sentyabr 2017 18:02

Göygöldə yol qəzası

23 Sentyabr 2017 17:51

Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA

23 Sentyabr 2017 17:48

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

23 Sentyabr 2017 17:47

"İsgəndər Cavadov BFA" fəaliyyətə başladı - FOTOLAR

23 Sentyabr 2017 17:47

Azərbaycan meşə yanğınına görə Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 17:44

Şimali Koreyada zəlzələ

23 Sentyabr 2017 17:40

Meksikada daha bir zəlzələ

23 Sentyabr 2017 17:38

Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

23 Sentyabr 2017 17:33

Daxili İşlər Nazirliyi "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 17:27

DİN "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yaydı

23 Sentyabr 2017 17:23

"Qarabağ"ın rəqibi İspaniya La Liqasında növbəti qələbəsini qazanıb

23 Sentyabr 2017 17:22

Mitinqdə 1500 nəfər iştirak edib - Baş Polis İdarəsi

23 Sentyabr 2017 17:19

Sibel Can İLK DƏFƏ BALKON ŞƏKİLLƏRİ haqqında danışdı

23 Sentyabr 2017 17:18

Rusiyada “Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

23 Sentyabr 2017 17:17

Qaxda “Qazel” yandı

23 Sentyabr 2017 17:16

BŞBPİ: Milli Şuranın Bakıda keçirdiyi mitinqdə 1500-ə yaxın adam iştirak edib

23 Sentyabr 2017 17:12

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ - Qaynadıb suyunu içsəniz...

23 Sentyabr 2017 17:08

Milli Şura Bakıda etiraz aksiyası keçirib

23 Sentyabr 2017 17:02

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08

Pambıq zavodunda yanğın olub

23 Sentyabr 2017 16:08

Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir

23 Sentyabr 2017 16:04

Tanımadığı şəxslərin yataq otağına girib elə görüntülər çəkdi ki...

23 Sentyabr 2017 15:59

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

23 Sentyabr 2017 15:57