Qubada sürüşmə: 8 kəndlə əlaqə kəsildi

Qubada sürüşmə: 8 kəndlə əlaqə kəsildi
20:22 28 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib.
 
Milli.Az "Report"a istinadən bildirir ki, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
 
"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR