Dünyanın ən dəyərli klubları və idmançıları... - SİYAHI

Dünyanın ən dəyərli klubları və idmançıları... - SİYAHI
20:27 28 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Amerikanın məşhur "Forbes" jurnalı 2016-cı ilin ən dəyərli idmançılarının və idman klublarının siyahısını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ən dəyərli idmançıların sıralamasında ilk "10-luq"da iki futbolçu yer alıb.

Bunlar portuqaliyalı Kriştianu Ronaldo və argentinalı Lionel Messidi. "Real"ın qol "maşını" 21,5 milyon avroluq qiymətlə 6-cı yerə layiq görülüb. "Barselona"nın lideri isə 8-ci pillədə özünə yer tapa bilib. "Forbes"in hesablamasına görə, ilin ən dəyərli idmançısı tennisçi Roje Federerdi. Ötən ilin lideri Tayger Vuds isə bu dəfə 5-ciliklə kifayətlənib.

Ən dəyərli idmançılar:

1. Roje Federer (tennis - 40 milyon avro)

2. Lebron Ceyms (basketbol - 37,5 milyon)

3. Fil Mikelson (qolf - 31,5 milyon)

4. Useyn Bolt (yüngül atletika - 27,5 milyon)

5. Tayger Vuds (tennis - 25,5 milyon)

6. Kriştianu Ronaldo (futbol - 21,5 milyon)

7. Kevin Dyurent (basketbol - 17,5 milyon)

8. Lionel Messi (futbol - 16,5 milyon)

9. Rori Makilroy (qolf - 14,5 milyon)

10. Mahendra Sinq Doni (kriket - 12 milyon)

Dünyanın ən dəyərli klubu isə beysbol komandası "Nyu-York Yankiz"di. İlk "10-luq"da 4 futbol klubu var ki, onlar arasında ən qiymətlisi Madrid "Real"ıdı.

Ən dəyərli klublar:

1. "Nyu-York Yankiz" (beysbol - 605 milyon avro)

2. "Dallas Kovboyz" (amerikan futbolu - 530 milyon)

3. "Los-Anceles Leykers" (basketbol - 500 milyon)

4. "Real" (futbol - 475 milyon)

5. "Barselona" (futbol - 465 milyon)

6. "Mançester Yunayted" (futbol - 455 milyon)

7. "Nyu-York Niks" (basketbol - 410 milyon)

8. "Nyu-İnqlend Petriots" (amerikan futbolu - 395 milyon)

9. "Bavariya" (futbol - 390 milyon)

10. "Los-Anceles Dodjers" (beysbol - 375 milyon)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR