"Neftçi" Mahir Şükürovu sifariş etdi

"Neftçi" Mahir Şükürovu sifariş etdi
20:37 28 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi” klubu müdafiəçi Mahir Şükürovun adını Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun sifariş vərəqinə daxil edib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçunun “ağ-qaralar”ın formasında meydana çıxması üçün əngəl qalmayıb.

 

Bunun üçün lazımi sənədlər əldə edilərək, PFL-ə təqdim olunub.

 

Şükürovun adı "Qəbələ” ilə sabah keçiriləcək oyunun protokoluna da daxil edilə bilər.

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı saat 15:00-da start götürəcək.


Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR