Qubada torpaq sürüşməsi: 8 kəndlə əlaqə kəsildi

Qubada torpaq sürüşməsi: 8 kəndlə əlaqə kəsildi
20:43 28 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/173918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR