Neft ölkəsinin əhalisi acından ölür: heç tualet kağızı da yoxdur... - FOTO

Neft ölkəsinin əhalisi acından ölür: heç tualet kağızı da yoxdur... - FOTO
20:47 28 Oktyabr 2016
946 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 26-də Venesuelada hökumət əleyhinə etiraz nümayişi zamanı bir polis əməkdaşı öldürülüb. Yerli hüquq müdafiə təşkilatları, azı, 20 nəfərin yaralandığını, 80 nəfərin saxlandığını bildirir.

Prezident Nikolas Maduronun vəzifəsindən kənarlaşdırılmasına dair referendum məhkəmə tərəfindən qadağan olunandan sonra ölkədə yüz minlərlə insan küçələrə axışıb. Hökumət etirazçıları polisə qarşı silah işlətməkdə suçlayır. Müxalifətsə olub-bitənlərin bütün məsuliyyətini hökumətin üzərinə qoyur və prezidenti hakimiyyəti zorla əlində saxlamaqda ittiham edir.

Bəs Venesuelada nə baş verir? Əhali niyə Madurodan narazıdır və onu istefaya göndərməyə çalışı?

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Venesuela təsdiq olunmuş neft ehtiyatlarına görə dünyada birincidir, amma iki ildir ki, onun iqtisadiyyatı çox ağır böhran yaşayır. Ötən ilin sonunda keçirilən parlament seçkilərində qalib gələn müxalifət indi Venesuela parlamentinin üçdə ikisini təşkil edir. Bu vəziyyət qanunverici və icraedici hakimiyyətlər arasında münaqişə doğurub. Parlament üzvləri vaxtaşırı Maduro və yaxın çevrəsinin fəaliyyətini tənqidə tuturlar. Referendumun təşəbbüskarı, insanları küçəyə çıxmağa səsləyən də elə müxalifətdir.

Bütün ölkədə prezidentin istefası tələbi ilə 1 milyon 800 min imza toplansa da, Maduronu dəstəkləyən məhkəmələr bu imzaların yalnız 400 minini təsdiqləyib. Beləcə, referendum təşəbbüsünü irəli sürən müxalifət saxtakarlıqda suçlanıb və referendum qərarı bloklanıb. Parlament, buna cavab olaraq, prezidenti dövlət çevrilişində, hakimiyyəti uzurpasiya etməkdə suçlayaraq, məhkəmə araşdırması tələb edib.

Hökumət dərin böhran ucbatından, may ayında fövqəladə vəziyyət elan edib. Dükanların piştaxtalarından ərzaq, dərman və ən zəruri mallar, gigeyena vasitələri, adi tualet kağızı belə yoxa çıxıb. İndi adamlar bu məhsulları ya qara bazarda dükan qiymətindən dəfələrlə baha alır, ya da əllərində pasport, uzun növbəyə düzülürlər. Ən zəruri malları ayrıca günlərdə şəxsiyyət vəsiqəsinin nömrəsini göstərməklə almaq olur. Əlbəttə, əgər onlar varsa. Həftənin birinci günü bu malları şəxsiyyət vəsiqəsinin nömrəsi 1, yaxud 2 ilə bitənlərə, ikinci gün 3 və 4-lə bitənlərə satırlar və s.

Bu ilin iyulunda sərhədlər bağlansa da, venesuelalılar gündəlik tələbat mallarını almaq üçün qanunsuz şəkildə Kolumbiyaya keçməyə başlayıblar. "Öz ölkəmizdə heç nə almaq olmur, yemək də yoxdur. Acından ölürük, çarəmiz qalmayıb", - bir qadın "Radio Caracol"a belə deyib.

Artıq nəinki uşaqlar, ev heyvanları da bir qarın yemək tapa bilməyən venesuelalılara yük olmağa başlayıb. Ev heyvanlarını küçələrə buraxırlar. Qadınlar sterilizasiya olunurlar. Bunun pulunun bir qismini hökumət ödəyir. Xəstəxanalarda zəruri dərmanların 80 faizi tapılmır.Rəsmi məlumatlara görə, son üç ildə inflyasiya 300 faizi aşıb. BVF ilin sonunda bu rəqəmin 700 faizə çatacağını proqnozlaşdırır.

İndi ən yüksək dəyərli əskinasa - 100 bolivara yalnız 1 toyuq yumurtası almaq olur. Siqaretin dənəsi 130 bolivara başa gəlir. Adamlar başqa şeyləri almağa gedərkən, kisələrlə pul daşıyırlar. 100 bolivarlıq əskinası rəngli printerdən çıxarmağa elə 100 bolivar ödəməlisiniz. Ölkənin xarici borcu isə ÜDM-in yarısını üstələyir.

Çərşənbə günü - oktyabrın 26-da bank sektoru üzrə ixtisaslaşmış "deInmediato" nəşri öyrənib ki, Venesuela Mərkəzi Bankı 5 min, 10 min və 20 min bolivarlıq əskinaslar və min bolivarlıq sikkələr buraxılmasına sərəncam verib. Yeni pullar artıq bu ilin sonunda dövriyyəyə buraxılmalıdır.

Venesuela iqtisadiyyatının 90 faizi neftdən asılı olduğundan, onun kəskin dəyərsizləşməsi ölkəni tənəzzülə sürükləyib.Maduro tez-tez bəyan edirdi ki, ölkədə hasilatı dondurmaqla neftin dünyadakı qiymətini 70 dollara qaldırmağı planlaşdırır. Ancaq o, OPEC və neft istehsalçısı olan digər ölkələrlə Venesuelaya "uyğun" hasilat həcmi barədə razılığa gələ bilmədi. Ölkədə neft yataqlarının yerləşmə dərinliyi və özəllikləri neft hasilatının maya dəyərini artırır. Bu, əsas problemlərdən biridir. Venesuelada bir barrel neftin çıxarılması təxminən 20 dollara başa gəlir. Məsələn, Səudiyyə Ərəbistanında bu göstərici 10 dollardır.

Bu ilin qışında ölkə iqtisadiyyatını sabitləşdirməyə çalışan Nikolas Maduro benzinin qiymətini 60 dəfə qaldırsa və milli valyutanı dəyərsizləşdirsə də, heç bir nəticəyə nail ola bilməyib. 95 markalı benzinin litri cəmi 6 bolivara satılsa da, onu illərlə 0,1 bolivara alan insanlara bu məbləğ çox baha görünür.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23