Rusiyadan şok açıqlama: Müxaliflər vurulacaq

Rusiyadan şok açıqlama: Müxaliflər vurulacaq
20:52 28 Oktyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

Hələbdə Nüsrə Cəbhəsi ilə əlaqəni kəsməyən bütün müxaliflər hədəf alınacaq.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada baş tutan üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
 
XİN rəhbəri qeyd edib ki, ABŞ Rusiyanın bu addımını dəstəkləyəcək:
 
"Terrorçuları məhv etmək lazımdır. Qərbli tərəfdaşlarımızdan fərqli olaraq bu missiyamızı sonuna qədər davam etdirməkdə qərarlıyıq. Hələbdə müxaliflərin Nüsrə Cəbhəsindən ayrılmaq fikri yoxdur. Bu səbəbdən onlar da terrorçularla birgə hədəf alınacaq".
 
Qeyd edək ki, Rusiya və Əsəd rejimi aylardır ki, Hələbdə dinc sakinləri bombalayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR