Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək
20:52 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

3 tərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun noyabr ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Gürcüstanda səfərdə olan nazir Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşdə deyib.

D.Kumsişvili də Gürcüstanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün böyük potensialı olduğunu qeyd edib.

Son iki ildə Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayan D.Kumsişvili ölkəsinin Azərbaycan investisiyasına açıq olduğunu və bu istiqamətdə ölkəmizi dəstəklədiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/484279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR