Bakıda gənc qız özünü maşının altına atıb

Bakıda gənc qız özünü maşının altına atıb
20:57 28 Oktyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı şəhərində 24 yaşlı qız intihara cəhd edib. 
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, ev 83 ünvanında qeydə alınıb. 
Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Aytəkin Fərhadova özü öldürmək məqsədilə Mətləb Eminbəylinin idarə etdiyi "Daewo" markalı avtomobilin altına atıb. Nəticədə avtomobilin güzgüsünə dəyərək kəllə-beyin travması alan yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR