Cahangir Hacıyev bəraət tələb edir

Cahangir Hacıyev bəraət tələb edir
21:05 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev ona çıxarılmış hökmdən apellyasiya şikayəti verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev deyib.

Vəkilin sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş ərizədə Cahangir Hacıyev ona bütün maddələr üzrə bəraət verilməsini tələb edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin qərarı ilə C.Hacıyev 15 il müddətinə həbs cəzasına məhkum edilib və onun Azərbaycan Beynəlxalq Bankına 63 milyon manat, "Aqrokredit" QSC-yə isə 7 milyon manat ödəməsi barədə hökm çıxarılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR