İtaliyada körpü uçub, ölən və yaralananlar var

İtaliyada körpü uçub, ölən və yaralananlar var
21:52 28 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın şimal bölgəsində, Milan - Leko avtomagistralında körpü uçub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
 
Məlumata görə, hadisə zamanı körpü ilə hərəkət edən yük maşını körpünün altı ilə hərəkət edən minik avtomobilinin üstünə düşüb.
 
Hadisə yerinə xilasedicilər cəlb edilib. Ətrafdakı yolların bağlandığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR