Azərbaycanda ildə hər 100 nəfərdən 5-i anemiya xəstəliyinə yoluxur

Azərbaycanda ildə hər 100 nəfərdən 5-i anemiya xəstəliyinə yoluxur
22:42 28 Oktyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin 100 min nəfərindən 435,3 nəfəri anemiya xəstəsi kimi müalicə-proflaktika müəssisələrində qeydiyyatdadır.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazırda müalicə proflaktika müəssisələrində 41 722 nəfər anemiya xəstəsi qeydiyyatdaır.
2000-ci ildə bu rəqəm 28780 nəfər olub.
Ötən il 45798 nəfər ilk dəfə qoyulan diaqnozla anemiya xəstəsi kimi qeydə alınıb. Bu da o deməkdir ki, bir il ərzində 100 000 əhalidən 480,6 nəfəri anemiya problemi ilə üzləşib.
Qeyd edək ki, anemiya xəstəliyi ilə üzləşənlərin sayı artır.
Belə ki, 2010-cü ildə ilk dəfə qoyulan diaqnozla 38706 anemiya xəstəsi qeydə alınıb. 2000-ci ildə isə bu rəqəm 22011 nəfər olub ki, bu da hər 100 000 nəfər əhaliyə 276,7 nəfər deməkdir.  

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/her-il-ehalinin-her-yuz-min-neferinden-500-e-yaxini-anemiya-ile-xestelenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR