Fuad Poladovun son tamaşasında nələr yaşandı? - FOTOREPORTAJ

Fuad Poladovun son tamaşasında nələr yaşandı? - FOTOREPORTAJ
00:18 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında sonuncu tamaşasını oynayıb.

Publika.az xəbər verir ki, xalq artisti “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynadığı Müsyö İbrahim rolu ilə “Azdrama” səhnəsində tamaşaçılarının görüşünə gəlib. Qəlblərdə taxt quran Fuad Poladovun son tamaşasını izləmək üçün teatrın qarşısında görünməmiş izdiham yaşanıb, kassada bütün biletlər satılıb.

Sevilən sənətkarı qonaqlar tamaşa başlayanda gurultulu alqışlarla qarşılayıb. Səhnə əsərinin sonunda isə tamaşaçılar aktyoru 15 dəqiqədən çox dayanmadan ayaqüstə alqışlayıb, çoxları göz yaşlarını saxlaya bilməyib. Aktyor səhnəni tərk etsə də, alqış sədalarının dayanmadığını eşidib yenidən səhnəyə qayıdıb və hər kəsin qarşısında baş əyib. Xalq artistinin teatrda fəaliyyəti haqqında danışması, son nitqini deməsi gözlənilsə də, o, heç bir açıqlama verməyib.

Tamaşada Fuad Poladovla yanaşı Murad İsmayılov, əməkdar artistlər Sabir Məmmədov Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov, Vüsal Mustafayev çıxış ediblər.

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, bədii rəhbəri isə Azər Paşa Nemətdir.

Qeyd edək ki, Azdramadan rəsmi cavab olaraq Fuad Poladovun istefa ərizəsi təqdim etmədiyi qeyd edilib.

Xatırladaq ki, Fuad Poladov aktyor Hikmət Rəhimovun teatrdan çıxarılmasına etiraz olaraq Akademik Milli Dram Teatrı tərk edib.

Məlumat üçün bildirək ki, Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.

Aytən

Fotolar: Elçin Murad


























































Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/173934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR