Hava limanında təyyarə yandı

Hava limanında təyyarə yandı
00:34 29 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Çikaqo şəhərinin hava limanında “American Airlines” şirkətinə məxsus təyyarədə yanğın olub.

 

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

 

Mayami şəhərinə uçan təyyarənin göyərtəsində 161 sərnişin və 10 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Sərnişinlər operativ şəkildə təxliyə edilib.

 

İlkin versiyaya əsasən, yanğın texniki nasazlıq səbəbindən baş verib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR