Bərdədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Bərdədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var
03:13 29 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə H. Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər - 1994-cü il təvəllüdlü Rəhimov Nicat, 1985-ci il təvəllüdlü Rəhimov Vaqif və 1983-cü il təvəllüdlü Muşviq Əliyev müxtəlif bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR