BMT Rusiya səfirliyinin atəşə tutulmasını pisləyib

BMT Rusiya səfirliyinin atəşə tutulmasını pisləyib
08:22 29 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası Suriyanın paytaxtı Dəməşqdəki Rusiya səfirliyinin minaatanlardan atəşə məruz qalmasını pisləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT TŞ-nin Rusiyanın təşəbbüsü ilə qəbul etdiyi bəyanatda bildirilir.
 
Bəyanatda bildirilir ki, diplomatik missiyalarına hücum beynəlxalq hüquqla qadağan edilib.
 
"Təhlükəsizlik Şurasının üzvləri Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulmasını qətiyyətlə pisləyib, onun beynəlxalq diplomatik normalara, o cümlədən 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası və 1963-cü il Konsulluq əlaqələr haqqında Vyana Konvensiyasına zidd olduğunu xatırladıblar", sənəddə vurğulanıb.
 
Bəyanatda həmçinin qeyd olunub ki, atəş nəticəsində səfirliyə ciddi maddi ziyan dəyib.
 
Xatırladaq ki, oktyabrın 28-də Dəməşqdə  Rusiya səfirliyi minaatanlardan atəşə tutulub. Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR