Bakıda qadını stəkanla qətlə yetirən şəxslər məhkəməyə müraciət ediblər

Bakıda qadını stəkanla qətlə yetirən şəxslər məhkəməyə müraciət ediblər
09:22 29 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 1-nə təyin edilib.
İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.
Bu il aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətlər olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirildiyi müəyyən edilib və onlar tutulublar.
V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzüyü və iki ədəd qızıl sırğanı təhvil veriblər.
Məlum olub ki, qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İsayev 20 il və Ş.Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR