"Barselona" axtardığını Premyer Liqada tapıb

"Barselona" axtardığını Premyer Liqada tapıb
09:22 29 Oktyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" "Liverpul"un müdafiəçisi Natayel Klaynı transfer etmək istəyir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sağ cinahda ciddi problemlər yaşayan katalonlar Aleyş Vidaldan istədiyi oyunu görməyincə, digər variantlar üzərində düşünməyə başlayıb.

İspan klubu Klayn üçün mersisaydlılara 22 milyon avro ödəməyə hazırdı. Əgər ingilislər bu keçidə razılıq verəsələr 17 milyona aldıqları oyunçudan 5 milyon xeyir götürmüş olacaqlar.
 
Qeyd edək ki, "Marca" qəzeti transferin qışda rəsmiləşməsi ehtimalının yüksək olduğunu yazıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR