Hələbdə - 15 nəfər ölü, 150-dən çox yaralı

Hələbdə - 15 nəfər ölü, 150-dən çox yaralı
09:38 29 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada silahlılar Hələbin yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər. Publika.az RİA Novosti-yə istinadən məlumat verir ki, sutka ərzində Hələbdə 15 dinc sakin həlak olub, 150-dən artıq sakin yaralanıb.

Hərbçilərin verdiyi məlumata görə, təkcə son sutka ərzində şəhərə 100 mərmi atılıb.

Silahlılar əsasən qaz balonları, kustar üsulla hazırlanmış partlayıcılar, minalardan istifadə edirlər. Döyüşçülərin əsas hədəfi məktəblər və xəstəxanalardır.

Xəstəxanaya yerləşdirilən suriyalı qadın deyir ki, 15 və 20 yaşlarında qızı və oğlu həlak olub: "Mina partlayan zaman onlar qorxudan bir-birinə sığındılar, elə bir yerdə də parç-parça oldular".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR