Hələb yenə hədəfdə - 15 nəfər ölü, 150-dən artıq yaralı

Hələb yenə hədəfdə - 15 nəfər ölü, 150-dən artıq yaralı
09:47 29 Oktyabr 2016
15 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada silahlılar Hələbin yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, sutka ərzində Hələbdə 15 dinc sakin həlak olub, 150-dən artıq sakin yaralanıb.

Hərbçilərin verdiyi məlumata göerə, təkcə son sutka ərzində şəhərə 100 mərmi atılıb.

Silahlılar əsasən qaz balonları, kustar üsulla hazırlanmış partlayıcılar, minalardan istifadə edirlər. Döyüşçülərin əsas hədəfi məktəblər və xəstəxanalardır.

Xəsətxanaya yerləşdirilən suriyalı qadın deyir ki, 15 və 20 yaşlarında qızı və oğlu həlak olub: "Mina partlayan zaman onlar qorxudan bir-birinə sığındılar, elə bir yerdə də tikə-parça oldular".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR