Uorlik bəyanat verir, Fransa susur, Rusiya isə…

Uorlik bəyanat verir, Fransa susur, Rusiya isə…
09:57 29 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Rusiya arasındakı NATO sərhədinin məhz Ermənistan ərazisindən keçməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir edən amillərdəndir.

Milli.Az bildirir ki, bu barədə axar.az-a politoloq Arzu Nağıyev bildirib. Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyətin verilməsini bildirməsi nəinki Ermənistana, birbaşa ABŞ, Rusiya və Fransaya mesaj idi:
 
"ATƏT-in Minsk Qrupunun üzvü olan bu üç ölkə Ermənistana təsir etməklə Qarabağ prosesini asanlıqla sürətləndirə bilər. Rusiya Sankt-Peterburq görüşüdən sonra məsələnin həlli istiqamətində addım atmağa tələsmir. Sərkisyan isə bu durumdan öz məqsədləri və postu üçün yararlandı. Hazırkı durğunluğa baxmayaraq, mühüm bir amili qeyd etmək yerinə düşər. Rusiya Ukrayna və Suriya problemlərinə görə çətin durumdadır. Bu fonda həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi də Rusiyanın gələcəyinə təsir göstərir. Fikir verin, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son zamanlar Dağlıq Qarabağa yönəlik bəyanatlar verir, Fransa susur, rusiyalı həmsədr isə məhz Dağlıq Qarabağ ərazisində seperatçılar və icma rəhbərləri ilə görüşlər keçirir. Bu, o deməkdir ki, Qarabağın taleyi məhz Rusiyadan asılıdır. Hesab edirəm ki, şimal qonşumuz həm region, həm də Azərbaycanla gələcək münasibətlərin perspektivlərini nəzərə alaraq Qarabağ məsələsi ilə bağlı hərəkətə keçməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR