İDDİA - Prezident Allahla danışır: "Ona söz verdim..."

İDDİA - Prezident Allahla danışır: "Ona söz verdim..."
10:05 29 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin prezidenti Rodrigo Duterte Allahla danışdığını iddia edir.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə prezident Yaponiya səfərindən dönərkən jurnalistlərə verdiyi açıqlamasında bəyan edib. O deyib ki, Allahdan ultimatum aldığı üçün daha söyüş söyən deyil.
Yaponiyaya səfərdən sonra doğma şəhəri Davaoya gələn Duterte deyib ki, təyyarədə olarkən bununla bağlı Allahdan ultimatum alıb.

"Mənə səs gəldi ki, söyüşü dayandırım, yoxsa təyyarə göyün üzündə qəzaya uğrayacaq, ona görə də söyüşü dayandıracağıma söz verdim", - o hava limanında jurnalistlərə deyib.
Duterte tez-tez, xüsusən də Qərbə qarşı kobud çıxışları ilə ad çıxarıb.
O, ABŞ prezidenti Barak Obamanı "fahişənin oğlu", Avropa İttifaqını "ikiüzlü" adlandırıb, BMT-ni tərk etməklə hədələyib və özünü Hitlerlə müqayisə edərək bildirib ki, məmnuniyyətlə, üç milyon narkotika aludəçisini öldürərdi.

Onun narkotikaya qarşı apardığı müharibə nəticəsində narkotika satmaqda və istifadədə günahlandırılan minlərlə insan qətlə yetirilib.
Dutertenin sözlərinə görə o, Allaha söyüş söyməyəcəyi ilə bağlı söz verib və əlavə edib ki, "Allaha vəd, Filippin xalqına vəddir".

Lakin o qeyd edib ki, vədinin həddi var. Onun ABŞ, Aİ və ya siyasi rəqibi senator Leyla de Lima haqqında danışarkən söyüşdən istifadə edib-etməyəcəyi zamana görə dəyişəcək.
Filippinlilərin əksəriyyəti kimi, prezident də katolikdir. Lakin o, qadınbazlığına görə öyündüyünü bildirib və Papanı səfəri zamanı yaratdığı avtomobil tıxacına görə "fahişənin oğlu" adlandırıb.
Bu yaxınlarda o bildirib ki, filippinlilər ABŞ-la müttəfiqlikdən "ayrılmağı" istəyir və o, Amerika qoşunlarının ölkədən çıxmasını tələb edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR