Sumqayıtda yaşayış binasının altında BÖYÜK TƏHLÜKƏ: yaralılar var

Sumqayıtda yaşayış binasının altında BÖYÜK TƏHLÜKƏ: yaralılar var
10:14 29 Oktyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda iki kafede yanğın baş verib.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

 

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib. Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.

 

Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR