ABŞ İraq ordusunu bombaladı: 4 ölü, 9 yaralı

ABŞ İraq ordusunu bombaladı: 4 ölü, 9 yaralı
10:33 29 Oktyabr 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın liderlik etdiyi koalisiya güclərinə aid təyyarələr “səhvən” İraq ordusunu bombalayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İraq ordusunun mayoru Mezahim Əhməd bildirib.

Hadisə Mosulun 12 kilometr şimalında yerləşən Tel-Kef qəsəbəsində baş verib.Aviazərbələr nəticəsində İraq ordusunun 16-cı diviziyasının 4 əsgəri həyatını itirib, 9-u yaralanıb.

“Bəli, üzr istəyiblər”, - deyə Lavrov “Vesti v subbotu” verilişində “ABŞ Deyr-əz Zor-da aviazərbələrə görə Suriyadan üzr istəyiblərmi?” sualına cavab verərkən bildirib.

Xatırladaq ki, ABŞ analoji səhvi ötən ay Suriyada edib. Sentyabrın 17-da ABŞ-a məxsus qırıcılar Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD-lə döyüşən Əsəd qüvvələrini bombalayıb. Hava hücumu zamanı Suriya ordusundan 75 əsgər həlak olub, 100 nəfər yaralanıb. Hadisədən sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) hücumun səhvən baş verdiyini açıqlayıb

ABŞ Suriya ordusunun mövqelərinə aviazərbələr endirdiyi üçün prezident Bəşər Əsəddən üzr istəyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR