Fuad Poladovun istefası QALMAQAL yaratdı

Fuad Poladovun istefası QALMAQAL yaratdı
11:37 29 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Aktyor Hikmət Rəhimovun işdən çıxarılması, ona dəstək olaraq xalq artisti Fuad Poladovun teatrı tərk etməsi Akademik Milli Dram Teatrının aktyorları ilə YUĞ teatrının yaradıcı heyətini üz-üzə qoyub.

"Azdrama"nın aktyoru, xalq artisti Ramiz Məlik yaranan qalmaqalda YUĞ-çuları ittiham edib. O, hətta Fuad Poladovun teatrdan getməsinə münasibət bildirən YUĞ teatrının baş rejissoru Gümrah Öməri günahlandırıb.

"YUĞ-çu, otur yerində, sənin Fuad haqqında fikir söyləməyə nə qabiliyyətin çatır, nə biliyin, nə də "sənət"in. Bütün bu həngamələr İsrafil İsrafilovun vaxtında, beş il müdətində YUĞ-çuların "Azdrama" ya buraxılması nəticəsində oldu. Teatrın suyunu bulandıran siz YUĞ-çular oldunuz", - deyə o söyləyib.

YUĞ teatrının baş rejissoru Gümrah Ömər aktyorun iradlarına cavab verib. Milli.Az bildirir ki, baş rejissor azvision.az-a açıqlamasında deyib: "Deyilənlər onun şəxsi fikridir. Mən təəssüf edirəm ki, o, elə bir şey düşünür, deyir. Əsası varsa, buyursun danışsın. Onlarla qətiyyən pis münasibətimiz olmayıb, olmayacaq da. Onlar bizim sənətçi dostlarımızdır. Kimsə nəsə deyibsə, biz ona heç nə deyə bilmərik. Bizim kollektivə sayğımız, hörmətimiz böyükdür. Düşünürlərsə ki, biz teatrın işlərinə qarışırıq, bunu teatrın rəhbərliyindən soruşa bilərsiniz.

Ramiz Məliklə şəxsi tanışlığım yoxdur, rastlaşmamışam, tanımadığım insan haqqında nə deyə bilərəm ki? Bizi yaradıcılıq maraqlandırır, qalmaqal yox. Teatrda çoxlu problemlər var. Yaradıcılıq, tamaşaçılarla bağlı problemlərimiz var, onları həll etməyə çalışırıq. Bizim bundan başqa nə işimiz ola bilər ki?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR