Tərtərdə yeni körpü inşa edilir

Tərtərdə yeni körpü inşa edilir
11:47 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də avtomobil körpüsü inşa edilir.
“Azəravtoyol” ASC-dən “Report”a verilən məlumata görə, Tərtər rayonunun Sarcalı kəndi ərazisində, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 m-dir.
Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8.5 m-dir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə1.75 menində piyada səkilərinin də tikintisi nəzərdə tutulub. 
Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq.
Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq. Ümumilikdə 11 yaşayış məntəqəsinin 25.6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaçacaq. Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün10 km-dən artıq yol gət etməli olurdular.
Qurumdan bildirilib ki, hazırda tikinti işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. 







Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/terterde-yeni-korpu-insa-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR