Cəlilabadda elektrik yarımstansiyasından kabel oğurlanıb

Cəlilabadda elektrik yarımstansiyasından kabel oğurlanıb
11:57 29 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda elektrik yarımstasiyasından kabel oğurlanıb. "Report"un məlumatına görə, hadisə oktyabrın 17-də rayonunun Uzuntəpə kəndində yerləşən elektrik yarımstansiyasında baş verib.
Belə ki, elektrik yarımstansiyasının həyətindən 1 200 metr kabel oğurlanıb.
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Tural Qasımov tutulub.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırmalara başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR