"Kərəmin gülüşünə aşiq olmuşam" - Serenay Sarıkaya

"Kərəmin gülüşünə aşiq olmuşam" - Serenay Sarıkaya
12:01 29 Oktyabr 2016
109 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Serenay Sarıkaya "BeStyle" jurnalına fotosessiya ilə yanaşı müsahibə də verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, sevgilisi və həmkarı Kərəm Bürsin haqda danışıb:

"Bir kişidə ağıl gözəl niyyət, özünə inam, onun gülümsəməsi, yeriməsi mənim ağlımı başımdan çıxara bilər. Kərəmlə çox əylənir, maraqlı vaxt keçiririk, gülüşünə aşiq olmuşam. Dəyərli bir münasibətimiz var. Enerjimi artırır..."

Aktrisa yoqa və oxçuluqla məşğul olduğunu da qeyd edib:

"Ox atmaq hər zaman istədiyim bir şey idi. 16 yaşında Çexiyada qatıldığım gözəllik yarışmasında gənc qızların bir hobbi günü var idi. Mən də ox atdım və üçüncü cəhddə hədəfdən vurdum. İndi isə bununla peşəkar səviyyədə maraqlanıram".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR