Azəri Günel: "Sənsiz çox darıxmışam" - FOTO

Azəri Günel: "Sənsiz çox darıxmışam" - FOTO
12:12 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

O qədər demək istədiyim sözlərim...

Milli.Az primetime.az-a istinadən bildirir ki, ötən həftə təmtəraqlı nişanını qeyd edən məşhur müğənni Azəri Günel Bakıya gəlib.  Müğənni nənəsinin il mərasimində iştirak etmək üçün paytaxta gəlib:

"Sənsiz günlərimin 1 il ötüb üzərindən. İnsan bəzən həm sevinci, həm də kədəri birlikdə yaşarmış. Bu da Allahın imtahanıdır. Nənə, sənsiz çox darıxmışam. Sənə o qədər demək istədiyim sözlərim var ki. Şad xəbərim belə var sənə. Hər zaman nəvələrinin xoş gününə sevinərdin, məsləhət verərdin.

Namusunuz, şərəfiniz hər şeydən üstün olsun, yoldaşınız olanda ona hörmət edin deyərdin. Bax, unutmamışam. Sənin də sevəcəyin bir ailədə və sənin çox istəyəcəyin sevdiyim var. Çox istəyərdim ki, tanıyasan, nişan günümdə yanımda olasan. Allah sənə rəhmət eləsin. Nurlar içində yat. Hamımızın gedəcəyi yer əbədi axirətdir. Allah böyüklərimizə dəyməsin."  

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR