Feysbuk-da tanış olduğu oğlan dostları ilə birləşib qızı zorladı - FOTO

Feysbuk-da tanış olduğu oğlan dostları ilə birləşib qızı zorladı - FOTO
12:12 29 Oktyabr 2016
708 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 7 il əvvəl törədilən cinəyətlə bağlı məhkəmə prosesi keçirilib.

Məhkəmədə qatillərin istəyi rədd edilib. 

Milli.Az "DHA"ya istinadla xəbər verir ki, Antalyada 2009-cu ildə çörək almaq adı ilə evdən qaçan 16 yaşlı Sezgi Feysbuk-da tanış olduğu sevgilisi ilə yarımçıq tikilidə görüşüb. Onlar birlikdə dostlarının evinə gedib orada narkotika qəbul ediblər. Daha sonra 3 nəfər birləşərək qızı zorlayıb, sonra da öldürüblər. Qızı öldürdükdən sonra onun cəsədini adyala bükərək boş əraziyə atıblar. Qızın kimsəsiz olduğunu düşünən şəxs onun cəsədini torpağa tapşırıb. 

Qızının 40 gündür evə gəlmədiyini görən ana polisə xəbər verib. Onlar axtarışlar nəticəsində qızın məzarını tapıblar. 

Qatillər həbs edilib.

Qeyd edək ki, qıza təcavüz edənlərdən biri 2014-cü ildə dünyasını dəyişib.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR