Kərə yağı qutusundan siqaret çıxdı - FOTO

Kərə yağı qutusundan siqaret çıxdı - FOTO
12:22 29 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/484397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR