Müəllimin həyata qaytardığı min illik ağaclar...

Müəllimin həyata qaytardığı min illik ağaclar...
12:24 29 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Adı Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş Hirkan şümşadının kökünün kəsilməsi təhlükəsi sovuşub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, qədim dövrlərdən Lənkəran, Astara və Lerik rayonlarının ərazilərindəki pir və ocaqlarda, qəbiristanlıqlarda bitən bu həmişəyaşıl ağac cari ilin yazında kütləvi şəkildə qurumağa başlayıb.

 

Astaralı bioloq-müəllim Yunus Qulamovun qənaətincə, şümşad ağaclarının qurumasına “Çin sovkası” deyilən qurd növü səbəb olub. Belə ki, bu qurdlar payız və qış fəsillərində şümşad ağacının qalın yarpaqları üzərində yumurta qoyurlar. Yazda isə yumurtalardan çıxan sürfələr ağacın təzə əmələ gəlmiş zoğlarını və yarpaqlarını yeməyə başlayırlar.

 

Yunus Qulamovun sözlərinə görə, yüzlərlə nadir ağacın nəslinin kəsilməsi təhlükəsi barədə respublikanın müvafiq qurumları məlumatlandırıldıqdan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları cənub bölgəsinə ezam olunublar. Onlar İtaliya istehsalı olan “Stail” tipli çiləyici aqreqatdan istifadə edərək, kimyəvi tədbirlər görməklə şümşad ağaclarını bir neçə dəfə dərmanlayıblar. Nəticə etibar ilə yaşı min ildən çox olan Hirkan şümşadının məhv olub tarixə qovuşması təhlükəsi sovuşub. İndi ağaclar yarpaqlamağa başlayıblar.

 

Bioloq-müəllimin sözlərinə görə, bır sıra ölkələrdə şümşad ağaclarını həyata qaytarmaq mümkün olmayıb: "Şümşad ağaclarının həyata qayıtmasında bölgəyə düşən uzun müddətli yağışların da payı az deyil. Amma bununla arxayınlaşmaq olmaz. Yaz aylarında gəmirici həşəratların yenidən aktivləşəcəyi istisna edilmir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR