Ukrayna prezidenti Pyotr Poroşenko Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin yeni müdiri - general-mayor Vasiliy Burbonu kollektivə təqdim edib.
Publika.az “Defence.ru” saytına istinadən xəbər verir ki, tədbirdə ilk dəfə hərbi kəşfiyyatın emblemi rəsmən təqdim olunub.
Emblemin fotosu oktyabrın 24-də Ukrayna prezidentinin saytında yerləşdirilib. Emblemdə Rusiya qlobusda boz rənglə göstərilib, qlobusun Rusiya olan hissəsini isə bayquş kəşfiyyatçı qılıncla deşir.
Ukrayna bayrağının rəngləri və “Ukrayna hər şeydən yuxarı” yazısı fon kimi verilib.
Ömər Dağlı