"Bir milyona restoran açacam" - Azərbaycanlı lotoreya qalibi

"Bir milyona restoran açacam" - Azərbaycanlı lotoreya qalibi
12:42 29 Oktyabr 2016
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da yaşayan azərbaycanlı Pərviz Quluzadə lotoreyada udduğu 1 milyon dollara restoran açacaq. 

Milli.Az bildirir ki, bu barədə aznews.az-a onun özü məlumat verib. Quluzadə bildirib ki, üzərində hazırlıq gedən restoran şərqsayağı üslubda olacaq: "Burada bir Azərbaycan restoranı açacam. Bu məsələdə qərarlıyam. Hazırda bununla bağlı işlər gedir. Restoranın hələ eskizləri hazır deyil. İşlər yekunlaşandan sonra bu barədə əlavə məlumat veriləcək".

P.Quluzadə üzərində işlər gedən restoranın milli atributlarla bəzənəcəyini vurğulayıb. 

Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycanlı Pərviz Quluzadə 2016-cı ilin yanvarında lotoreyada 1 milyon dollar udub. Bu məbləği ona "cek-pot" qazandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/484406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR