Üç bacı polis məmuruna hücum etdi

Üç bacı polis məmuruna hücum etdi
12:47 29 Oktyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada davanı ayırmağa gələn polisə hücum edən 3 qadın "Vəzifəsini icra edən məmura müqavimət" maddəsi ilə nəzarətə götürülüb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Əli Ç. adlı şəxs qapı qonşuları olan Sultan Ş., onun bacıları Məryəm Ş. və Döndü Ş., çox səs-küy saldıqları üçün onlara xəbərdarlıq edib.

Əli Ç.-nın xəbərdarlığına sərt reaksiya verən qadınlar onunla dalaşmağa başlayıblar. Davanı eşdən digər məhəllə sakinləri polis çağırıblar. Onları ayırmaq üçün gələn polis məmurları Əli Ç.-ni evinə qaytramaq istəyiblər. Qadınlar söyüş-təhqirə davam edincə Əli Ç., Sultan Ş., Məryəm Ş və Döndü Ş.-dan polisə şikayət edib.

Polis də 3 qadını ifadə üçün polis bölməsinə aparmaq istəyib. Polisin bu istəyini 3 bacı onun üzərinə hücum çəkməklə qarşılayıblar. Polis avtomobilinə minmək istəməyən bacılar ona hücum edərək təhqiramiz sözlər işlədiblər.

Polislər onları bölməyə aparıblar. Hər 3 bacıya "Vəzifəsini icra edən məmura müqavimət" maddəsi ilə cinayət işi açılıb.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR