Bağçalarla bağlı yeni standartlar

Bağçalarla bağlı yeni standartlar
13:18 29 Oktyabr 2016
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartlar hazırlanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görəməktəbəqədər təhsilin dövlət standartları (bundan sonra - dövlət standartları) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən hazırlanıb.

Standartlarda qeyd olunur ki, məktəbəqədər təhsilin idarəolunması dövlət-ictimai xarakter daşıyır. Məktəbəqədər təhsilin idarə olunmasında aşkarlıq, şəffaflıq, demokratiklik, inkişafın monitorinqi, hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi prinsipləri əsas tutulur.

Məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, bir qayda olaraq, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir. Rəhbər şəxsin vəzifə funksiyaları və səlahiyyətləri “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” ilə müəyyən edilir.

Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, bir qayda olaraq, ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab edilir. Pedaqoji Şuranın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz Nizamnaməsi ilə müəyyən olunur. Məktəbəqədər təhsil müəssisəsində digər idarə və özünüidarə orqanlarının yaradılması qaydaları və səlahiyyətləri “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” ilə müəyyən edilir.

Məktəbəqədər təhsil üzrə müvafiq kurikulumlar dövlət standartları əsasında hazırlanır və həyata keçirilir. Məktəbəqədər təhsilin dövlət standartları 5 il müddətinə qüvvədədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR