Bakı. 29 oktyabr. REPORT.AZ/ OPEC-ə üzv olmayan ən böyük neft istehsalçısı olan Omanın nümayəndələri Vyanada keçirilən OPEC-ə üzv olan və olmayan neft ixracatçıları ölkələrindən olan eksperlərin görüşündə neft hasilatının səviyyəsinin yalnız dondurulmasını yox, həm də aşağı salınmasını müzakirə etməyə hazır olduqlarını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə görüşdə iştirak edən xarici nümayəndə heyətlərindən birindəki mənbə RİA "Novosti"yə məlumat verib.
Mənbənin sözlərinə görə, ölkə nümayəndələri konkret hədd göstərmədən hasilatın həcminin azalmasına razılaşmağa hazır olduqlarını bəyan ediblər.
"Bununla yanaşı, Oman digər ölkələrdən də analoji addımlar gözləyir", - deyə o əlavə edib.