Azərbaycanlı jurnalist babasından imtina edib, adını dəyişdi

Azərbaycanlı jurnalist babasından imtina edib, adını dəyişdi
13:28 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Femida.az saytının əməkdaşı Şahverdi Şirinli adını dəyişib.

Jurnalist Publika.az-a bildirib ki, özünü dərk edəndən bu fikirdə olub: “Özümü dərk edəndən bu adın ağırlığını daşımışam. Adımı babamın atasının adından götürmüşdülər. Heç cür qəbul edə bilmirdim. Amma ən önəmlisi adımın türk mənşəli olmasını istəyirdim. Ailədə buna razı olmurdular. Deyirdilər ki, qohum-əqrabada ulu bamamızın adını daşıyan biri var, o da adını dəyişir. Beş ildir buna görə mübarizə aparıram. Bir anda qərar verdim, sənədləri hazırlayıb təqdim etdim və adımı dəyişdim. Bundan sonra adım Oğuz olacaq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR