Löv üçün yeni müqavilə

Löv üçün yeni müqavilə
14:07 29 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisində baş məşqçi Yoahim Lövün fəaliyyəti federasiya rəhbərliyini qane edir. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssislə yeni müqavilə bağlanıb.

 

Tərəflər arasında imzalanmış sazişə əsasən, Löv 2020-ci ilə qədər Bundestimi çalışdıracaq. 


Qeyd edək ki, C qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il, martın 26-da Bakıda baş tutacaq.

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lov-ucun-yeni-muqavil-t53730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR